sorğu
Zabrat, Bilgəh və Biləcəri bələdiyyələri E-MANAT a qoşulub. Hər üç bələdiyyədən Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə Sabunçu rayon Zabrat və Bilgəh bələdiyyəsi, o cümlədən Binəqədi rayon Biləcəri bələdiyyəsi “E-manat” sisteminə qoşulub.
Bununla da “E-manat”-onlayn ödəniş sisteminə qoşulan bələdiyyələrin sayı ona çatdı.
Xatırladaq ki, ilk olaraq bu sistemə Nəsimi bələdiyyəsi qoşulub. Ondan sonra Bakıxanov, Sabunçu, Nizami, Yasamal, Xirdalan və Pirşağı bələdiyyələri adıçəkilən sistemə qoşulub.
Belediyye.info